Axtarış
Arxiv
BAŞ SƏHİFƏ / XƏBƏRLƏRA+ Balacalaşdır A+ Böyütmək


Ümummilli liderimizin anadan olmasının 96-cı ildönümüdür


Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin doğum günüdür. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1944-cü ildən 1967-ci ilədək sıravi işçidən ASSR Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri vəzifəsinədək şərəfli bir yol keçib. O, Sovet İttifaqında dövlət təhlükəsizliyi generalı olan ilk azərbaycanlı idi. Görkəmli siyasi xadim H.Əliyev həyatının böyük hissəsində dövlət idarəçiliyi sahəsində rəhbər vəzifələr tutub, xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlər göstərib. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayıb, həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazıb. 





Bu yazı 399 dəfə oxunmuşdur.


Şərhlər / 0 Şərh

HAQQIMIZDA
"www.birmilletikidevlet.com saytı 03.01.2011 tarixindən fəaliyyətə wordpress formatında, 19.01.2012 tarixindən isə yeni formatda davam etdirməyə başlamışdır. Saytın məqsədi Türkiyə və Azərbaycanda, eləcə də Türk Dünyasında baş verən hadisələrlə sizləri yaxından tanış etmək, türk dövlətləri arasında qardaşlıq bağlarının möhkəmlənməsinə bu şəkildə hər hansı bir töhfə verməkdir.





ƏLAQƏ
Ünvan:   Nizami r-nu, 526-cı küç, 24/10 məhəllə
                Bakı / Azərbaycan
Tel/Fax: (+99 412) 370 56 25
Mob:     (+99 450) 218 23 34
             (+99 450) 313 36 73
Email:    office@birmilletikidevlet.com

© 2011-2012 birmilletikidevlet.az | Müəllif hüquqları qorunur.
Site by: azDesign.ws
XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ ÜÇÜN
Web mail