Axtarış
Arxiv
BAŞ SƏHİFƏ / XƏBƏRLƏRA+ Balacalaşdır A+ Böyütmək


Özkaya Group Azərbaycan-İtaliya biznes forumunda iştirak etdi


İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bugün Bakı Biznes Mərkəzində AZPROMO-nun təşkilatçılığıyla Azərbaycan-İtaliya işgüzar görüşü keçirildi.

Rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, tikinti, konsaltinq, maliyyə, İKT, energetika, infrastruktur, memarlıq, hidroenergetika, dizayn və s. sahələrdə fəaliyyət göstərən 300-ə yaxın şirkət nümayəndəsinin iştirak etdiyi foruma Özkaya Group şirkətinin rəhbəri Osman Gezeker də qatıldı.

Hər iki ölkəni təmsil edən rəsmilərin çıxışlarından sonra  Azərbaycanda İxracın və investisiyaların təşviqi fondu (AZPROMO)  ilə İtaliya müəssisələrinin təşviqi və beynəlmiləlləşdirilməsi təşkilatı (İCE) arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. 

Tədbirin ikinci hissəsi isə İtaliya və Azərbaycan şirkətlərinin  təmsilçiləri arasında ikitərəfli iş görüşmələriylə yadda qaldı. 

Forumun hər iki hissəsinin iştirakçısı olaraq  Osman Gezeker belə layihələrin hər iki ölkənin iş adamları  üçün faydalı olacağına inanır.



























1 Millet, 2 Devlet


Bu yazı 3101 dəfə oxunmuşdur.


Şərhlər / 0 Şərh

HAQQIMIZDA
"www.birmilletikidevlet.com saytı 03.01.2011 tarixindən fəaliyyətə wordpress formatında, 19.01.2012 tarixindən isə yeni formatda davam etdirməyə başlamışdır. Saytın məqsədi Türkiyə və Azərbaycanda, eləcə də Türk Dünyasında baş verən hadisələrlə sizləri yaxından tanış etmək, türk dövlətləri arasında qardaşlıq bağlarının möhkəmlənməsinə bu şəkildə hər hansı bir töhfə verməkdir.





ƏLAQƏ
Ünvan:   Nizami r-nu, 526-cı küç, 24/10 məhəllə
                Bakı / Azərbaycan
Tel/Fax: (+99 412) 370 56 25
Mob:     (+99 450) 218 23 34
             (+99 450) 313 36 73
Email:    office@birmilletikidevlet.com

© 2011-2012 birmilletikidevlet.az | Müəllif hüquqları qorunur.
Site by: azDesign.ws
XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ ÜÇÜN
Web mail