Axtarış
Arxiv
BAŞ SƏHİFƏ / TƏDBİRLƏRA+ Balacalaşdır A+ Böyütmək


Özkaya Group Azərbaycan-Gürcistan Biznes formunda iştirak edib


Noyabrın 5-də Bakı Biznes Mərkəzində Azərbaycan-Gürcüstan biznes forumu keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş forumda çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan və Gürcüstan arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, turizm, sənaye, konsaltinq, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamının iştirakı ilə keçirilən bugünkü biznes forum da iş adamları arasında əlaqələrin inkişafına töhfə verəcəkdir. Rüfət Məmmədov Azərbaycan investisiya ixrac edən ölkəyə çevrildiyini və artıq yerli şirkətlərin bir sıra xarici ölkələrə sərmayələr yatırdığını qeyd edərək Gürcüstanın bu istiqamətdə xüsusi yer tutduğunu vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, hazırda nəqliyyat, kənd təsərrüfatı, sənaye, rabitə, xidmət və s. sahələrdə 194 Gürcüstan şirkəti Azərbaycanda, 300-dən çox Azərbaycan şirkəti isə Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyalara görə Azərbaycan şirkətləri aparıcı yerləri tuturlar. AZPROMO rəhbəri Gürcüstanla müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulamış və  Gürcüstanla müştərək turizm marşrutlarının müəyyən edilməsinin məqsədəuyğunluğunu qeyd etmişdir.
 
Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri David Baladze Acarıstanda xarici investorlar üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığını bildirmiş və Acarıstana investisiya qoyuluşu imkanları barədə məlumat vermişdir. David Baladze azərbaycanlı iş adamlarını Acarıstan Muxtar Respublikasında investisiya layihələrində fəal iştiraka dəvət etmişdir.
 
Tədbirdə AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair, Acarıstanın İqtisadiyyat və Maliyyə Nazirliyinin İqtisadi inkişaf departamentinin baş mütəxəssisi Uça Surmanidze "Acarıstan investisiyalar üçün əlverişli məkandır”, Batumi Turizm Agentliyinin Turizm və Kurort Departamentinin direktoru Sofia Lazişvili "Acarıstan turistlər üçün əlverişli məkandır” mövzusunda təqdimatlarla çıxış etmişlər.
 
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etmişdir.


Bu yazı 2244 dəfə oxunmuşdur.


Şərhlər / 0 Şərh

HAQQIMIZDA
"www.birmilletikidevlet.com saytı 03.01.2011 tarixindən fəaliyyətə wordpress formatında, 19.01.2012 tarixindən isə yeni formatda davam etdirməyə başlamışdır. Saytın məqsədi Türkiyə və Azərbaycanda, eləcə də Türk Dünyasında baş verən hadisələrlə sizləri yaxından tanış etmək, türk dövlətləri arasında qardaşlıq bağlarının möhkəmlənməsinə bu şəkildə hər hansı bir töhfə verməkdir.





ƏLAQƏ
Ünvan:   Nizami r-nu, 526-cı küç, 24/10 məhəllə
                Bakı / Azərbaycan
Tel/Fax: (+99 412) 370 56 25
Mob:     (+99 450) 218 23 34
             (+99 450) 313 36 73
Email:    office@birmilletikidevlet.com

© 2011-2012 birmilletikidevlet.az | Müəllif hüquqları qorunur.
Site by: azDesign.ws
XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ ÜÇÜN
Web mail