Axtarış
Arxiv
BAŞ SƏHİFƏ / TƏDBİRLƏRA+ Balacalaşdır A+ Böyütmək


Azərbaycan-Xorvatiya Biznes Forumu


Martın 12-də Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan–Xorvatiya biznes forumu keçirilmişdir.

Tədbirdə AZPROMO–nun rəhbəri Adil Məmmədov Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər və ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları, Xorvatiyanın İqtisadiyyat Palatasının sədr müavini Vesna Trnokop Tanta iş adamları arasında əməkdaşlıq perspektivləri, qurumun beynəlxalq əlaqələr departamentinin direktoru Sunçanica Skupnjak Kapiç isə "Xorvatiya sizin biznes tərəfdaşınız kimi” adlı təqdimatlarla çıxış etmişlər. Forumda, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və "AzVirt” şirkətinin nümayəndəsi Rauf Yusubov təmsil etdikləri biznes qurumlarının fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat vermişlər.

Biznes forum çərçivəsində AZPROMO ilə Xorvatiyanın İqtisadiyyat Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. 

Forum iş adamları arasında ikitərəfli görüşlərlə yekunlaşmış və tədbirin ikinci hissəsi hər iki ölkənin prezidentlərinin iştirakıyla davam etmişdir.
 
 





Bu yazı 4202 dəfə oxunmuşdur.


Şərhlər / 0 Şərh

HAQQIMIZDA
"www.birmilletikidevlet.com saytı 03.01.2011 tarixindən fəaliyyətə wordpress formatında, 19.01.2012 tarixindən isə yeni formatda davam etdirməyə başlamışdır. Saytın məqsədi Türkiyə və Azərbaycanda, eləcə də Türk Dünyasında baş verən hadisələrlə sizləri yaxından tanış etmək, türk dövlətləri arasında qardaşlıq bağlarının möhkəmlənməsinə bu şəkildə hər hansı bir töhfə verməkdir.





ƏLAQƏ
Ünvan:   Nizami r-nu, 526-cı küç, 24/10 məhəllə
                Bakı / Azərbaycan
Tel/Fax: (+99 412) 370 56 25
Mob:     (+99 450) 218 23 34
             (+99 450) 313 36 73
Email:    office@birmilletikidevlet.com

© 2011-2012 birmilletikidevlet.az | Müəllif hüquqları qorunur.
Site by: azDesign.ws
XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ ÜÇÜN
Web mail