Axtarış
Arxiv
BAŞ SƏHİFƏ / TƏDBİRLƏRA+ Balacalaşdır A+ Böyütmək


SÖZÜN BİTDİYİ YER - XOCALI


21 Fevral 2012-ci il tarixində TÜSİAB (Türkiyə- Azərbaycan Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti)   tərəfindən Xocalı soyqırımı şəhidlərini anma mərasimi təşkil edilmişdir. TÜSİAB üzvü olan iş adamlarının qatıldığı tədbir TÜSİAB Baş katibi Yasin Göralın nitqiylə başlamış, TÜSİAB İdarə Heyətinin Sədri Murat Ş. Bakır və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlının maraqlı nitqləriylə davam etmişdir.
Fevralın 26-sı Türkiyənin Taksim meydanında keçiriləcək "Şəhidlərimizi anma və qardaşlıq mitinq”inin keçirilməsində məqsədin türk millətini soyqırımla günahlandıranlara qəbul etdikləri "qanunlar”ın  bir kəs daha  haqsız olduğunu və əsl qatillərin kim olduğunu bildirmək, tanıtmaq , iki dövlət, bir millət olaraq əl-ələ verib dünyaya haqq səsimiz yüksəltmək olduğunu qeyd edərək Murat Bakır  Türkiyə və Azərbaycan qardaşlığının önəmini vurğuladı.
Tarixçi Musa Qasımlı Geniş və maraqlı tarixi faktlarla ermənilərin türk xalqına qarşı törətdikləri vəhşiliklərdən, onlara dəstək olan böyük güclərin məqsədlərindən və iki qardaş dövlət olan Türkiyə və Azərbaycanın belə günlərdə nə üçün  bir-birinə daha yaxın olması gərəkdiyindən danışdı. İstinad etdiyi xarici mənbələrin erməni vəhşilikləri haqqında ortaya qoyduğu faktlarla tədbir iştirakçılarını tanış etdi. O da öz növbəsində hər kəsi Türkiyə və Azərbaycana qarşı irəli sürülən haqsız iddialar, ermənilərə qarşı törədilməmiş və törədilmədiyi tarixi faktlarla da sübut edilən qondarma  erməni soyqırımı qarşılığında, dünyaya bir daha həqiqətən ermənilər tərəfindən həyata keçirilmiş Xocalı Soyqırımını tanıtmağı, birlikdə dünyaya haqq səsimizi yüksəltməyi və birliyimiz sayəsində Xocalı üçün ədalətə nail olmağa çağırdı.

Tədbir iştirakçıları arasında yer alan "Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin Prezidenti, Ümumdünya "Sülh” səfiri, Tibb Elmləri Namizədi Akif Kərimov və 1995-c ildən Azərbaycanda inşaat materialları, paslanmaz mətbəx avadanlıqlarının istehsalı və satışı ilə məşğul olan Özkaya Group şirkətinin rəhbəri, "Bir millət, 7 dövlət, 29 akraba topluluq” şüarı altında Türklük və İnsanlığa faydalı olacaq işlərdə töhfələrini əsirgəməyən Osman Gezeker də erməni vəhşiliklərinin dünyaya çatdırılması işində birlikdə fəaliyyət göstərməyimiz gərəkdiyini, bir-birimizə dayaq olmağımızın vacib amil olduğundan bəhs edərək 26 fevral tarixində Taksimdə meydanında ucalacaq haqq səsimizin bütün dünyaya çatdırılmasının önəmini vurğuladılar.

Tədbir TÜSİAB tərəfindən  Xocalı soyqırımına həsr edilmiş filmi izlədikdən sonra yekunlaşdı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmçinin: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Bu yazı 3909 dəfə oxunmuşdur.


Şərhlər / 0 Şərh

HAQQIMIZDA
"www.birmilletikidevlet.com saytı 03.01.2011 tarixindən fəaliyyətə wordpress formatında, 19.01.2012 tarixindən isə yeni formatda davam etdirməyə başlamışdır. Saytın məqsədi Türkiyə və Azərbaycanda, eləcə də Türk Dünyasında baş verən hadisələrlə sizləri yaxından tanış etmək, türk dövlətləri arasında qardaşlıq bağlarının möhkəmlənməsinə bu şəkildə hər hansı bir töhfə verməkdir.





ƏLAQƏ
Ünvan:   Nizami r-nu, 526-cı küç, 24/10 məhəllə
                Bakı / Azərbaycan
Tel/Fax: (+99 412) 370 56 25
Mob:     (+99 450) 218 23 34
             (+99 450) 313 36 73
Email:    office@birmilletikidevlet.com

© 2011-2012 birmilletikidevlet.az | Müəllif hüquqları qorunur.
Site by: azDesign.ws
XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ ÜÇÜN
Web mail